Pandemiyadan sonra: Azərbaycan iqtisadiyyatı neçə ilə bərpa olunacaq? - MÜTƏXƏSSİS RƏYİ

25-05-2020, 15:19   


Pandemiyadan sonra: Azərbaycan iqtisadiyyatı neçə ilə bərpa olunacaq? - MÜTƏXƏSSİS RƏYİ

Dünyada virusun yayılmasından sonra “Evdə qal” kampanisının davam etməsinin mümkünsüzlüyü ölkələri tədricən karantindən çıxmağa vadar edir.

Dünyada iqtisadi aktivlik bərpa olunmağa başlayır. Pandemiyanın qlobal iqtisadiyyata təsirlərinin nə zaman aradan qalxacağı ilə bağlı müxtəlif mülahizələr söylənilir. Bir sıra ölkələrdə pandemiyanın təsirlərinin 1,5 -2 ilə aradan qalxacağı ilə bağlı fikirlər var. Hətta bəzi proqnozlarda bu, 10 il olaraq göstərilir.

Bəs Azərbaycan iqtisadiyyatının bərpası üçün nə qədər zamana ehtiyac var?

İqtisadçı Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, pandemiyanın nə vaxta qədər davam edəcəyi məlum deyil:

“Bu, eləcə də əmtəə bazarlarında neftin qiymətinin necə olacağından asılıdır. Sadəcə olaraq, gedən proseslər bunu deməyə əsas verir ki, iqtisadiyyatın bərpası 2020-ci ildə mümkün olmayacaq. Proseslərin davam etməsindən, eləcə də hökumətin qərarlarından asılı olaraq, iqtisadiyyatın bərpası 3 ilə qədər də zaman ala blər. Burada əsas məsələ xarici faktorlar, ilk növbədə neftin qiyməti olacaq. Neftin qiyməti 50 dollara gəlib çatarsa, 2021-ci ildə iqtisadiyyatın bərpası mümkün ola bilər”.

İqtisadçı başqa bir məqama da diqqət yönəldib:

“Azərbaycan iqtisadiyyatı inkişaf etmiş iqtisadiyyat deyil, burda real sektorun həcmi kifayət qədər azdır. Bu səbəbdən iqtisadiyyatın tənəzzülü və bərpası o qədər də uzun müddət tələb etmir. İnkişaf etmiş iqtisadiyyatlar pandemiyadan daha çox zərər görür. Azərbaycan qiymətli kağızlar, valyuta bazarları inkişaf etməmiş, səhm bazarı olmayan, şirkətlərin dəyər itirmə imkanları məhdud olan bir ölkədir. Bu baxımdan da bizim ölkə iqtisadiyyatının bərpa olunması üçün daha az vaxt tələb olunacaq”.

Xatirə Nəsirova
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.