"Məhdud sayda işçilərin işə çıxması ilə bağlı aidiyyəti qurumlara məktublar göndərilib".
Demokrat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O vurğulayıb ki, ictimai nəqliyyat tam məhdudlaşdırılıb: "Dərman ehtiyacı olanlar indidən alsınlar. Təcili hal çıxsa təcili yardım vasitəsilə əhaliyə yardım ediləcək. Bəzən dəfn mərasimləri ilə sui-istifadə halları olurdu. Burdan insanlara tövsiyə edirik ki, bu kimi hallara yol verilməsin".