Qobustan rayonunda şəhid ailəsi döyüldü: ağır iddia-Video/Foto
6-06-2020, 23:29
Bu gün dünyada Covid - 19 pandemiyası ilə bağlı aparılan mübarizə bir çox dövlətlərin iqtisadi inkişafına xeyli dərəcədə mənfi təsir göstərmişdir. Əlbəttə ki,bu cür ağır epidemiyaya qarşı mübarizə metodları hələ də davam etdirilməkdədir. Belə bir ağır dönəmdə insanların sosial rifahının yaxşılaşdırılması üçün, dövlətin prioritet məsələlərindən biri də xalqı bu ağır durumdan çıxartması olmalıdır. Təbii ki,müşahidələrimiz zamanı bir sıra narazıçılıqların şahidi olsaq da nəticə etibarı ilə qeyd etmək olar ki,dövlət öz üzərinə düşən vəzifəni layiqincə icra etməkdədir.
Əlbəttə ki,bugünki mövzumuz məhz elə yuxarıda qeyd etdiyimiz bir sıra narazılıqlarla bağlı olacaqdır. Yəqin ki,ötən buraxılışımızda Qobustan Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisələr barədə dərc olunan məlumatlardan xəbərdarsınız. Nəzərinizə çatdıraq ki, ”DogruXeber.az” informasiya agentliyininin redaksiyasına ardıcıl olaraq müraciətlərin daxil olması,bizi bu mözuya təkrar olaraq qayıtmağa məcbur etdi. Dəyərli izləyicilər,bu gün diqqətinizə çatdıracağımız məlumat düşünürük ki,hər kəsi hiddətləndirəcək. Belə ki, Qobustan rayon sakini şəhid ailəsi 2-ci qrup əlil Qəribov Əflatun Həsən oğlunun redaksiyamıza etdiyi müraciətdə bildirir ki, ”22.06.2019-cu il tarixində, axşam 16:00 radələrində oğlum Qəribli Həsən Əflatun oğlu, özünü pis hiss etmiş və burnundan qan açılmışdır. Dərhal hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə məlumat verdim. Bir neçə müddət keçdikdən sonra gələn təcili tibbi yardım maşını ilə oğlum Ə.Qəriblini rayon mərkəzi xəstəxanasına apardıq.”
Xəstəxanada həkimlərin xəstəyə qarşı məsuliyyətsiz yanaşmasını görüncə tibb işçilərinə öz etirazını bildirən 2-ci qrup əlil Ə.Qəribov övladının gözü qarşısında baş həkim Emin Hüseyn tərəfindən döyülərək şiddətə məruz qalmışdır. Baş verən hadisə ilə bağlı rayon Prokurorluğuna müraciət etdiyini bildirən şəhid qardaş bu günə qədər dövlət orqanı tərəfindən baş həkim barəsində heç bir qanuni tədbirin görülmədiyini qeyd edib.
Maraqlıdır,baş həkim Emin Hüseyn barəsində bu qədər şikayətçinin olması və açıq aydın korrupsiya əməlləri haqqında iddiaların irəli sürülməsinə baxmayaraq, bu şəxsə qarşı heç bir qanuni tədbir görülmür. Hər zaman ölkə prezidenti cənab İlham Əliyev öz çıxışlarında xüsusi vurğulayıb ki,vəzifə səlahiyyətləridən sui-istifadə edərək,xalqa xidmət göstərməyən və öz mənafeyləri uğrunda çalışan məmurlara ən ağır cəza müəyyən ediləcək.
Əlbəttə ki,bu gün ölkə başçısı tərəfindən verilən göstərişə əsasən,bir çox dövlət qurumlarında aparılan kadr islahatları onu deməyə əsas verir ki,Emin Hüseyn və onun kimi korrupsioner və səriştəsiz məmurlar gec və ya tez öz cəzalarını alacaqlar.
Təəccüblüdür,bəs görəsən Qobustan rayon icra başçısı hörmətli Adil Məmmədov xəstəxanada baş verən bu qədər özbaşınalıqlara və vətəndaş müraciətlərinə nə üçün susqunluq göstərir?
Nəzərinizə çatdıraq ki,başçının susqunluq göstərməsi bizi sosial media üzərindən Qobustan rayonu haqqında araşdırma aparmağa vadar etdi. Belə ki, ”Google”da Qobustan rayon adını yazdıqda rayon İcra başçısı haqqında bir çox saytların maraqlı məlumatlar dərc etdiyinin şahidi olduq. Qeyd olunan məlumatlar arasında ən çox diqqətimizi özünə cəlb edən mövzu başçıya aid olan sərvətlər oldu. Qeyd edək ki, Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 aprel 2011-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Gördüyünüz kimi uzun illər boyu İcra başçısı vəzifəsində çalışan A.Məmmədov hal-hazırda da başçı olaraq öz fəaliyyətini davam etdirir. Hətta verilən məlumatlarda o da qeyd olunur ki,Qobustan rayon İcra başçısı A.Məmmədor “SOCAR”ın Prezidenti Rövnəq Abdullayevin və Bakı Ağır Cinayətlər üzrə Məhkəmənin sədri Ənvər Seyidovun qudasıdır.
“Qafqaznews.az” bildirir ki,mənbənin bildirdiyinə görə Masallı rayonunda dövlət qeydiyyatından keçmiş “Adil” MMC birbaşa Qobustan RİH-nin başçısı Adil Məmmədova məxsusdur. Həmin şirkətin vasitəsilə, il ərzində Qobustan rayonunda yerləşən bütün dövlət qurum və müəssisələrinə, eləcə də bələdiyyə orqanlarına avadanlıq və ləvazimatların alınması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi həyata keçirilir. Bu məqsədlə, ayrılan vəsaitlər “Adil” MMC-nin bank hesabına köçürülür. Sonra isə həmin pullar nağdlaşdırılaraq, hesabdan çıxarılır. Bu zaman vəsaitlərin cəmi 70%-i tələb olunan inventarların alınmasına sərf olunur. Qalan 30% isə, bilavasitə Adil Məmmədov tərəfindən mənimsənilir.
Saytın verdiyi digər məlumatda isə,Qobustan RİH-nin rəhbərliyi tərəfindən törədildiyi iddia olunan maxinasiyalardan digəri,Mehdi Hüseynzadə adına sovxozun ərazisi ilə bağlıdır. Mənbə bildirir ki, sovxozun balansında kənd təsərrüfatı ilə məşğul olmaq üçün yararlı olan 800 hektar ərazi vardır. Lakin başçı Adil Məmmədov və sovxozun direktoru Zümrüd Şərifova öz aralarında razılığa gələrək, Dövlət Reyestr Xidmətində həmin ərazini qeydiyyata alarkən, onun sahəsini cəmi 500 hektar göstəriblər. Qalan 300 hektar isə, Kənd Təsərrüfatı Nazirliyindən “gizlədilərək”, bu iki məmurun şəxsi mənafeyləri üçün istifadə olunmaqdadır.
Dəyərli “DogruXeber.az” informasiya agentliyininin izləyiciləri,diqqətinizə bir məlumatı da çatdıraq ki,redaksiyamıza daxıl olan məlumatlarda bildirilir ki,xəstəxananın baş həkimi E.Hüseynə aid Xilmilli kənd ərazisində 100 hektardan çox taxıl sahələri,maldarlıq fermasi,Novxanlı ərazisində villa və sair sərvətlərə sahibdir. Görünür İcra başçısı ilə sərvət yarışına çıxan baş həkim E.Hüseyn ölkədə aparılan kadr islahatlarından xəbərdar deyil. Gərək ki,keçən mövzumuzda,”korrupsioner” baş həkimi E.Hüseyn haqqında tərif dolu fikirlər bildirən mətbuat orqanı üzvlərinə fikir bildirməmişdik. Amma bu dəfə qısa olaraq bəzi media nümayəndələrinə ümumi bir fikir bildirmək istəyirik ki, bir parça “əppəyə”görə,haqqa nahaq deyib, cəmiyyəti məhv etməsinlər. Əlbətdə ki,bizim cəmiyyətə təqdim etdiyimiz məlumatların hər biri videoçarx üzərindəndir. Necə deyərlər: “görünən dağa nə bələdçi”. Söz haqları olduğu üçün fikirlərin dərc etməyə hazırıq.. Bu hələ son deyil..!!