"Deksametazon" COVİD-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi bildirib.
“Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində "deksametazon" preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub.
Düzgün istifadə edilmədikdə preparat ciddi əks təsirlər yaradır”, - məlumatda qeyd olunub.