Azərbaycanın Şimal qonşusu Rusiya koronavirus əleyhinə hazırladığı dərmanı satmağa başlayır.
Turkustan.info-nun “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, “Avifavir” adlı dərmanın ixracı nəzərdə tutulub. Yaxın günlərdə Qazaxıstana göndəriş nəzərdə tutulur.
Bundan başqa adıçəkilən dərmanın Latın Amerikası ölkələrinə də ixracı ilə bağlı danışıqlar aparılır. dərmanla MDB, eləcə də Yaxın Şərq ölkələri də maraqlanırlar.
“Avifavir” bir müddət öncə dövlət qeydiyyatına alınıb, kliniki sınaqlarda öz effektivliyini sübut edib. O, koronavirusun yayılması mexanizmini bloklaya bilir. /BakuPost/