Tanınmış pediatr və televiziya aparıcısı Yevgeni Komarovski immuniteti gücləndirmək üçün tövsiyələr verib.
Publika.az xəbər verir ki, mütəxəssis 6 əsas müddəa sadalayıb.
Komarovskinin sözlərinə görə, idmanla məşğul olmaq, düzgün qidalanmaq, sağlam yuxu və əlləri tez-tez yumaq immuniteti gücləndirmək deməkdir. Həkim həmçinin çox miqdarda su içməyin və spirtli içki qəbul etməməyin vacibliyini qeyd edib.
Bundan əvvəl pediatr profilaktik məqsədlər üçün ehtiyac olmadan antibiotiklərin istifadəsinin orqanizm üçün ağır nəticələrə səbəb ola biləcəyini söyləmişdi.
Aytən Məftun