“Bütün dünaydan olan həkimlər koronavirusla mübarizədə səhvə yol veriblər”.Cebhe.info xəbər verir ki, bunu isveçrəli məşhur mikrobioloq Beda Ştadler deyib.
Bern Universitetinin İmmunologiya İnstitutunun direktoru olmuş mütəxəssis hesab edir ki, koronavirus mövsümü virusdur, iltihab yaradır, mutasiya edir və yayda yoxa çıxır. Həkimin fikrincə, simptomsuz daşıyıcılar anlayışı yoxdur, bu şəxslərdə COVID-19-a qarşı güclü immunitet var, onlar başqalarını yoluxdura bilməzlər.
Mütəxəssis öz sözlərinə sübut kimi Çini misal gətirib:
“Koronavirus Çinin əvvəllər SARS yayılan rayonlarında daha az təsirli oldu".Həkim həmçinin almaniyalı mütəxəssislərin araşdırmasını misal gətirib.
Bildirib ki, Berlinin koronaviusa yoluxmayan 34 faiz sakini T hüceyrələrinin yaratdığı immunitetə sahibdir. Bu, o deməkdir ki, bu hüceyrələr SARS-CoV-2-da adi soyuqdəymə yaradan sruktur tapan kimi ona qarşı mübarizə aparırlar
:"İndi virus yoxa çıxıb. Ola bilsin ki, qışda qaytsın, ancaq, bu, ikinci dalğa yox, mövsümü xarakter daşıyacaq. İndi maskada gəzən sağlam, gənc adamlar yaxşı olar ki şlem geyinsinlər, çünki onların başına nəsə düşüb ölməsi daha realdır, nəinki koronavirusa yoluxması. Qışda isə insanlar onsuz da xəstələnirlər. Maska taxa bilərlər ki, ətrafdakılara bu pandemiyadan nə öyrəndiklərini göstərsinlər".Xəzər
Cebhe.info