Varlılar restoranlarda qızıl yeyir... FANTASTİK QİYMƏTLƏRƏ YEMƏKLƏR

25-07-2020, 16:10   



Dünyanın ultrazənginləri öz pullarını səyahətə, lüks avtomobillərə və bahalı malikanələrə, müxtəlif əyləncələrə xərcləyirlər, müxtəlif sahələrə investisiya qoyurlar. Amma onların bəzi qəribə xərcləri də var ki, sadə xalqın heç ağlına da gəlməz.
Virtualaz.org xəbər verir ki, “Al Araby” televiziyasının Britaniya xidməti ultrazənginlərin yediyi qızıl tərkibli yeməklərlə bağlı məqalə hazırlayıb.
Məqalədə qeyd olunur ki, varlılar tez-tez qızıl və ya brilyant tozu səpilən yeməklər təqdim edilən restoranlara baş çəkirlər.

Qızıla bükülmüş toyuq qanadları Bir neçə il əvvəl “Food Insider” saytında bir müxbirin Nyu Yorkdakı “Ainsworth” restoranında qızıl təbəqəyə bükülmüş toyuq qanadlarından daddığı bir video yerləşdirilmişdi. Bu video hələ də sosial mediada çox populyardır və dünyada bir çox insanın aclıq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda həddindən artıq israfçılıq nümunəsi olduğuna görə videoya çox qəzəbli şərhlər yazılır. Burada qeyd etmək lazımdır ki, qızıl toyuq qanadlarının qiyməti min dolları aşır.
Qızıl burger
2012-ci ildə Nyu Yorkdakı məşhur “666 Burger” kafesi öz menyusuna 666 dollar qiyməti olan yeni bir burger əlavə edib. Yüksək qiymət qızıl təbəqəyə bükülmüş mal əti ilə yanaşı, burgeri təşkil edən digər nadir və bahalı maddələrdən qaynaqlanır. Baha olmasına baxmayaraq, burger şəkillərini sosial şəbəkələrdə yaymağı sevən varlı insanlar arasında geniş populyarlıq qazandı.

Dünyadakı ən bahalı beyql
Amerikanın “Westin” Otelindəki səhər yeməyinə qızıl yeməyi sevən zənginlər qızıl hissəciklər səpilmiş krem​​-pendirli beyq sifariş edə bilərlər. Yemək 24 saat əvvəlcədən sifariş edilməlidir və dəyəri min dollardır. Varlılar üçün çay

Əgər siz çay həvəskarısınızsa və əlavə 3000 ABŞ dollarınız varsa, onda 100 qram “TWG Singapore” çayını ala bilərsiniz. Bu, dünyada yarpaqları təbii qızılla bəzədilmiş yeganə çaydır. Sinqapurda yerləşən “TWG” şirkəti ultrazənginləri, xüsusən də ölkəyə investisiya qoymaq niyyətində olan iş adamlarını hədəf alaraq dünyada ən bahalı çay istehsal etməyə başladı. Beləliklə, dünyanın ən bahalı çayını almağa hazır olan milyarderlər meydana çıxdı.

25 min dollarlıq desert
Nyu-Yorkdakı “Serendipity” restoranının təqdim etdiyi şokolad deserti, tərkibində qızıl hissəcikləri olması səbəbilə dünyanın ən bahalı deserti sayılır. Qiyməti 25 min dollar olan desert qızıl qabda verilir.

G. Əliyeva
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.