Qriplə koronavirusu bir-birindən necə fərqləndirməli?

27-07-2020, 13:56   


Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişçenko “RİA Novosti”yə açıqlamasında qriplə əlaqəli olmayan koronavirusun xüsusi simptomlarını açıqlayıb.
Rusiya mətbuatı yazır ki, bu simptomlar arasına təngənəfəslik, qoxu və dadbilmə hissinin itməsi daxildir. COVID-19 xəstələrində ilk növbədə intoksikasiya, öskürək kimi ağciyər problemləri meydana gəlməyə başlayır.
“İnsan təngənəfəsliyi hiss edir, çünki o saturasiyanı itirir və qan oksigenlə doymur”, – Onişçenko izah edib.
Qripdə də koronavirusda olduğu kimi iybilmə reseptorları daralır. Buna baxmayaraq, həkim qeyd edib ki, yalnız koronavirus xəstələrində qoxu itkisi tamamilə itir. Onun sözlərinə görə, yaşlı insanlarda xəstəliyin gedişatı ağır olursa, uşaqlar daha az reaksiya verirlər.
“Qripdə hər şey başqa cür olacaq: böyüklər ilə bərabər xəstələnirlər. Qrip və kəskin tənəffüs xəstəliklərində proses daha intensiv inkişaf edir, inkubasiya müddəti təxminən 7 gündür. Lakin koronavirus infeksiyasında bu dövr iki dəfə artır. Beləliklə, 12, 13 və 14-cü günlər infeksiya üçün kritik hesab olunur”, – mütəxəssis sözlərinə əlavə edib.
Xatırladaq ki, Moskva Səhiyyə İdarəsinin yetkin əhali üçün ilkin tibbi yardım üzrə baş mütəxəssisi Andrey Tyajelnikov temperaturun 40 dərəcəyə qədər yüksəlməsinin, bütün bədəndəki zəiflik və ağrıların qripə daha xarakterik olduğunu açıqlamışdı. (publika.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.