Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) mütəxəssisləri koronavirusun suda “yaşama” müddətini açıqlayıb.
Bildirilib ki, demək olar bütün COVID-19 hissəcikləri (90%) hətta 24 saat ərzində otaq temperaturunda, 99,9% isə 72 saat ərzində “ölmək” qabiliyyətinə malikdir.
Publika.az xəbər verir ki, bu barədə tədqiqatlar “Vektor” mərkəzində aparılıb.
“Öyrəndik ki, virus xlorlu suda və dəniz suyunda çoxala bilməz, qala bilər. Eyni zamanda, yeni tip koronavirusun aktivləşməsi suyun istiliyindən birbaşa asılıdır”, - “Vektor” mərkəzininin mətbuat xidməti açıqlamasında qeyd edib.
Yeri gəlmişkən, qaynar su virusun tamamilə məhv olmasına gətirib çıxarır, xlorlu suda isə virus öz canlılığını itirir.
Xatırladaq ki, bioloq Sergey Netesov bildirmişdi ki, SARS-CoV 2 virusunu məhv etmək üçün paltarlar 60 dərəcə temperaturda 1,5 saat yuyulmalıdır.
Aytən Məftun