Koronavirusun yeni simptomu aşkarlandı

8-08-2020, 18:05   


Koronavirusun yeni simptomu aşkarlandı
ABŞ həkimləri koronavirusun yeni simptomunu aşkarlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Journal of Emergency Medicine”də dərc olunan məqalədə bildirilib.
Çikaqo həkimlərinin verdiyi məlumata görə, xroniki xəstəliyi olan 62 yaşlı şəxs daimi hıçqırıq və sürətli çəki itirmə şikayətləri ilə şəhər xəstəxanasına müraciət edib. Pasiyentin sözlərinə görə, o, son zamanlarda evindən çıxmayıb və infeksiyaya yoluxmuş insanlarla təmasda olmayıb. Xəstəxanaya yerləşdirilərkən onun temperaturu 37,3 dərəcə olub. Bundan sonra isə 38,4-ə yüksəlib və nəbzi sürətlənib.
Həkimlər onu 6 günlük müalicə və 3 günlük müşahidə prosesindən sonra evə buraxıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.