Korona 2 həftəyə məhv olur? – Açıqlama

10-08-2020, 16:44   


Səhiyyə Nazirliyinin COVİD-19 testi pozitiv çıxan və evdə müalicə alan şəxslərin 14 gündən sonra avtomatik olaraq sağalmış sayması barədə məlumat yayılıb. Maraqlıdır, koronaviruslu xəstə həqiqətənmi 14 gün ərzində sağala bilər və onların test vermədən sistemdə sağalmış hesab edilməsi nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, virusun sağalma müddəti onun orqanizmə nə qədər daxil olmasından asılıdır:
“Virusa yoluxan vətəndaşlar səhhəti ağırlaşmadığı halda 14 gündən sonra sağalmış hesab oluna bilər. Xəstədə virusun heç bir əlaməti olmasa, subklinik formada xəstəliyi keçirərsə, o, sağalmış hesab edilir. Evdə müalicə alan xəstələr müalicə bitdikdən sonra test edilməlidir. Virusun ətraf üçün yoluxuculuğu yoxlanılmalıdır. Virusa yoluxan insanın sağalma müddəti koronanın orqanizmə hansı miqdarda daxil olmasından asılıdır. Xəstə var ki, 1-2 ay müalicə alır, xəstə də var, 2 həftəyə virus yoxa çıxır. Əgər evdə müalicə alan xəstələrə 2 həftə vaxt qoyublarsa, hər halda 2 həftə ərzində nələrsə yoxlanılır. Ola bilməz ki, onlar yoxlanmadan sistemdə sağalmış kimi göstərilsin”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.