Xəbər verdiymiz kimi, Rusiya artıq koronavirusa qarşı profilaktik peyvəndin qeydiyyatdan keçirildiyini bildirib. Peyvənd hətta Prezident Putinin qızlarından birinin də üzərində sınaqdan keçirilib.Cebhe.info xəbər verir ki, koronavirusa qarşı profilaktik peyvəndin tərkibi də açıqlanıb. "Fontanka"nın yazdığına görə, peyvəndin tərkibində spirt, duz, saxaroza var. Ümumilikdə peyvənd iki məhluldan ibarətdir.
Hər iki komponent üçün aşqarlar eynidır - etanol 95%, saxaroza, iki növ duz (natrium xlorid və natrium EDTA), maqnezium xlorid heksahidrat, polisorbat, su və kimyəvi birləşmə "TRİS".
Peyvəndə "Sputnik V" adı verilib.
Adın tarixçəsi isə belədir - 1957-ci ildə SSRİ ilk kosmik peykini buraxıb və buna uyğun olaraq peyvəndə bu ad qoyulub.
Xəzər
Cebhe.info