Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ukraynada qanlı döyüş başladı

24-04-2014, 18:20   

Ukrayna Silahlı Qüvvələri rusiyameyilli separatçılar tərəfindən zəbt edilən ölkənin şərq vilayətlərində anti-terror əməliyyatı keçirir.

AzNews.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, hazırda hərbçilər separatçıların əsas qərargahlarının yerləşdiyi Donetsk vilayəti Slavyansk şəhərində əməliyyata başlayıblar.

Qondarma “Donetsk Xalq Respublikası”nı yaratdıqlarını deyən “özünü müdafiə” dəstələri ilə hüquq mühafizə qüvvələri arasında toqquşma baş verib. Ukrayna qoşunları şəhərə şimaldan daxil olublar. İlkin məlumata görə, artıq separatçılardan 2 nəfər həlak olub. Ukrayna dövlət strukturları əməliyyatla bağlı şərh verməyiblər.
[media=http://www.youtube.com/watch?v=Drlq3CeJR78]
[media=http://www.youtube.com/watch?v=ureQblDiJwY]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar