Azərbaycana dəstəklə bağlı Ermənistanın fikri Qazaxıstan üçün əhəmiyyətsizdir.
Bu sözləri Axar.az-a geniş müsahibəsində qazaxıstanlı politoloq İslam Kurayev deyib.
“Bizim ölkə beynəlxalq hüququn prinsiplərinə dəstək olur. Biz separatizmi, terrorizmi və işğalı dəstəkləmirik. Qazaxıstanın burada rəsmi mövqeyi aydındır. Hələ 2014-cü ildə Nursultan Nazarbayev demişdi ki, Ermənistan Avrasiya İttifaqı və KTMT-yə ÜTT-yə daxil olduğu sərhədlər çərçivəsində qəbul olunacaq, Qarabağ isə Azərbaycandır.
Qazaxıstanı daxildə qarışdırmağa gəlincə isə onların buna resursu çatmayacaq”, – deyə o bildirib.