Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

NATO ölkələri Dağlıq Qarabağın müzakirəsi üçün toplanır - “Rusiyanın hərbi iştirakı güclənib”

1-12-2020, 12:45   


NATO ölkələri Dağlıq Qarabağın müzakirəsi üçün toplanır
Baş katibdən açıqlama: “Rusiyanın hərbi iştirakı güclənib”
NATO dövlətlərinin xarici işlər nazirləri dekabrın 1-2 də keçiriləcək Atlantik Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyəti müzakirəyə çıxaracaq.
Azpost.info bildirir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xarici işlər nazirləri Dağlıq Qarabağ və Belarusdakı hadisələr kontekstində Rusiyanın dünyada gücələnən hərbi mövqeyini dair müzakirələr aparacaqlar:
“Nazirlər Rusiyanın hərbi fəallığının genişlənməsi qarşısında nə etməli barədə məsələni müzakirə edəcəklər”.
Stoltenberqin sözlərinə görə, Rusiya öz nüvə arsenalını modernləşdirir  və yeni raketlərini Şimaldan tutmuş Liviya və Suriyaya qədər yerləşdirir: “ Biz həmçinin Rusiyanın Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində hərbi iştirakının gücləndiyini görürük”-deyə NATO baş katibi vurğulayıb.
Anaxeber.info







Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar