Son günlər internet mediası və sosial şəbəkələr maddi imkanları geniş olan məmur və deputat övladlarının sürdüyü bahalı avtomobillərin fotoşəkillərini, videogörüntülərini yayırlar. Bu şəkillər və videolarda əks olunan bahalı maşınlarla bağlı diqqət çəkən məqamlardan biri də onların üzərindəki nömrə nişanlarıdır.
Modern.az-ın əməkdaşı həmin avtomobillərin şəkilləri və videgörüntülərini müşahidə edərkən məlum olub ki, məmur və deputat övladları daha çox qoşa, güzgü effektli ("zerkalnı"), cüt və eyni rəqəmli nömrə nişanlarına üstünlük verirlər.
Bu nömrələr isə hamı üçün əlçatan deyil və bahalı nömrələr sayılırlar.
Baxmayaraq ki, qanunla müəyyənləşdirilmiş rüsumları ödəməklə istənilən vətəndaş qoşa, "zerkalnı", cüt və eyni rəqəmli nömrə nişanlarına sahib ola bilər.
”Amma həmin nömrələr hər adama verilmir”. Bunu sayta Baş Dövlət Yol Polisi İdarəsindəki (BDYPİ) mənbə etiraf edib. Adının çəkilməsini istəməyən BDYPİ əməkdaşı bildirib ki, geniş maddi imkanlara malik olan məmur övladları, varlı balaları belə nömrələrə sahiblənməyi özləri üşün bir prestij hesab edirlər.
Bunu Baş Dövlət Yol Polisi İdarəsində də bilməmiş deyillər. Ona görə də həmin gənclər bahalı avtomobil alarkən həm də bahalı nömrələrə sahiblənməyə çalışırlar. Bu zaman isə həmin nömrələrin neçəyə olması onlar üçün fərq etmir. Belə olduğu təqdirdə BDYPİ-nin fürsətcil əməkdaşları “pulunu balta kəsməyən” gənclərdən mümkün qədər çox vəsait qoparmağa çalışırlar və əksər hallarda da buna nail olurlar. “Məsələn, sıfırla başlayan (005, 001, 009), cüt (200, 600, 900 və s.), güzgü effektli (101, 303, 505), eynirəqəmli (666, 111, 777) nömrələr varlı gənslər arasında populyardır. Bir misal çəkim, bu yaxınlarda xalq artisti Ağasəlim Abdullayevin ailəsini qəzaya salan Xalid Mədətovun bahalı "Mersedes-Benz G-55" avtomobilini xatırlayın, nömrəsi 90-FE-007-dir. Onun kimin övladı olduğunu bilirsiniz. Mənzərə aydın olduğundan digərlərinin adını çəkməyə ehtiyac yoxdur”-deyə Baş Dövlət Yol Polisi İdarəsindəki mənbə imkanlı məmur övladlarının “nömrə hərisliyi”ni təsvir edərkən bildirib.
Sayt Baş Dövlət Yol Polisi İdarəsindən nömrə nişanlarının qanunla müəyyənləşdirilmiş qiymət cədvəlini əldə edib. “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunub:
Dövlət qeydiyyat
nişanında əks olunmuş
rəqəmlərin kombinasiyası
Dövlət rüsumunun məbləği
(manatla)
seriyası müxtəlif
hərflərdən ibarət
olduqda
seriyası eyni hərflərdən
ibarət olduqda
001, 002, 003, 004, 005, 006, 007, 008, 009
1500 manat
2500 manat
100, 200, 300, 400, 500, 600, 700, 800, 900
1000 manat
1500 manat
111, 222, 333, 444, 555, 666, 777, 888, 999
500 manat
1000 manat
Amma “nömrə hərisləri” təkcə məmur övladları deyil. Belə “prestijli nömrələr”in sahibləri arasında müğənnilər də seçilirlər. Media əvvəllər bu haqda yazıb. Amma məqamı gəldiyindən buna yenidən qayıdıb əyani misallar göstərə bilərik.
Məsələn, qiyməti 80 min ABŞ dollarından baha olan «Audi Q7» markalı avtomobil sürən xalq artisti Faiq Ağayevin maşınının nömrəsinə diqqət yetirin: nömrədə müğənninin ad və soyadının baş hərfləri qeyd edilib, yanında da üç eyni rəqəmlər – 10 FA 222...
Hamının milyoner müğənni kimi tanıdığı əmakdar artist Ədalət Şükürovun bir neçə bahalı avtomobili var, nömrələri də nadir nömrələr. Müğənninin idarə etdiyi 160 min dollarlıq «Range Rover»in üzərində 10 HP 100 nömrə nişanı asılıb.
Ə.Şükürovun «Mercedes” markalı avtomobilinin nömrəsi 10 PB 002-dir.
Azəri qızı Günel bir müddət öncə 90 GA 222 nömrə nişanı olan “Hyundaı” markalı avtomibil sürürdü.
Xalq artisti İlhamə Quliyevaya məxsus olan bahalı - 93 minlik “İnfiniti” markalı maşın90-GO-101 nömrə nişanına malikdir.
Müğənni Ruhinin idarə etdiyi “Mercedess CLS" avtomobilinin özü kimi nömrəsi də bahalıdır - 10-ZO-777.
Şou-biznesin digər qalmaqallı müğənnisi Nüşabə Ələsgərlinin “Mercedes-ML” avtomobilinin nömrə nişanı necə deyərlər, “zerkalnı”dır - 10 LZ 101.
Maddi imkanlarına görə bir çox həmkarından qabaqda olan müğənni Abbas Bağırovun bahalı avtomolinin “prestijli nömrə”si var - 90-BA-006.
Qalmaqalları ilə tez-tez şou-biznesin gündəmini zəbt edən Rəqsanə «Range Rover» sürürdü. 90 min dollar qiyməti olan bu maşının super nömrəsi var - 90 EZ 999... Həmin maşının müğənnidə indi də qalıb-qalmadığını deyə bilmərik.
Digər tanınmış müğənni Xatirə İslamın sürdüyü "Range Rover" markalı avtomobilin nömrəsi də çoxları üçün əlçatmaz sayıla bilər - 10 NC 111.
Aygün Kazımovanın 170 min dollarlıq ağ rəngli «BMW 750» markalı avtomobilinin nömrə nişanına həsəd aparanlar var - 90 BL 009.
Müğənni Cavanşir Məmmədovun sürdüyü 960 min avroluq "Rolls Royce Phantom 6,7 AT” markalı maşının nömrəsinə (10 HS 100) görə ona həsəd aparanlar var.