Suriyada İraq Şam İslam Dövləti (İŞİD) adlı quruplaşmanın komandiri qətlə yetirilib. ANS PRESS-in məlumatına görə, “Əl-Nüsra” qruplaşmasının üzvləri Suriyanın Dəra vilayətinin Lucah bölgəsində İŞİD komandiri Əmir Xalid Sahurini öldürüblər.
Komandirə qarşı sui-qəsdin “Nüsra” liderləri tərəfindən planlaşdıldığı bildirilir. Əmir Xalid Sahurinin İŞİD-in cənub bölməsində ən nüfuzlu komandirlərindən biri olduğu barəsində məlumat verilib.
Komadirin qətlə yetirilməsinin səbəbləri ilə bağlı "Nüsra" cəbhəsindən açıqlama verilməyib
Qeyd edək ki, Suriyada ixtişaşların başlamasından 3 ildən artıq zaman keçib. Bu müddət ərzində baş verən qanlı döyüşlərdə yüz minlərlə insan öldürülüb. 2014-cü ilin əvvəlindən Suriyada hökumət və müxalifət qüvvələri arasında baş vermiş toqquşmalarda 3300 insan həyatını itirib.