Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

DYP əməkdaşı kənd sakini ilə əlbəyaxa olub

25-04-2014, 14:24   

Yevlax şəhərində Bakı-Gəncə istiqamətində hərəkət edən qara rəngli "Pajero" markalı maşın Gürcüstana məxsus nömrə nişanlı və sənədsiz olduğu üçün Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman polislə sürücü arasında dava düşüb. 10 YP 648 nömrəli polis maşınında olan Şamxal adlı polis əməkdaşı Xocalının Kərkicahan kənd sakini ilə əlbəyaxa olub. Hadisə yerinə gələn 10 YP 686 nömrəli maşındakı polislər də“Pajero”nun sürücüsünü döyməyə kömək ediblər.
Vətəndaşı döydükdən sonra bölməyə aparıblar. Mənbəmizin verdiyi məlumata görə, “Pajero”nun sürücüsü bölmədə rəislə mübahisə edib. Rəis vətəndaşın DYP əməkdaşlarına şər- böhtan atdığını deyib, bundan sonra sürücü maşına minərək hadisə yerindən uzaqlaşıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar