Rusiyanın müdafiə naziri müharibə bəyanatı verdi

25-04-2014, 14:25   

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bu gün bildirib ki, Rusiya Ukraynanın cənub-şərqində hadisələrin inkişafına reaksiya göstərməlidir.
Şoyqu- Ukrayna hakimiyyətinin dinc vətəndaşlara qarşı güc əməliyyatlarını tətbiq etdiyini vurğulayıb: "Biz hadisələrin bu cür inkişafına reaksiya verməliyik".
Onun sözlərinə görə, bu gündən Ukrayna ilə sərhəd rayonlarında Rusiyanın Cənub və Qərb hərbi dairələrinin ümumi qoşun birləşmələrinin batalyon taktiki qruplarının təlimi başlayıb.
"Qoşunlar piyada şəkildə yürüş yerinə yetirmək və döyüş tapşırığını yerinə yetirmək üçün hücuma keçmək məsələləri üzrə məşq edirlər" deyə o vurğulayıb.

Şoyqu həmçinin bildirib ki, aviasiya dövlət sərhədinin yaxınlığında əməliyyatları gerçəkləşdirmək üçün uçuşlar yerinə yetirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.