Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlu kirayə yaşadığı binanın girəcəyində hücuma məruz qalıb.
Jurnalistin döyülməsi anını əks etdirən video və fotoları təqdim edirik. Bu video jurnalistin maşınında açıq qalmış avto-kameranın yaddaşından götürülüb. Qeyd edək ki, hazırda bir sıra avtomobillərdə bu cür kameralar vardır.
Göründüyü kimi, avtomobilini işə salaraq redaksiyaya gəlmək istəyən jurnalisti qırmızı gödəkçəli şəxs yanına çağırır. O da heç nədən şübhələnməyərək, gedir. Videodan da görünür ki, həmin şəxs oraya məhz F. İlqaroğlunu döymək üçün gəlib. Ətrafa baxması, jurnalistin evdən çıxma anını gözləməsi olayın planlaşdırılan bir sui-qəsd olmasına şübhə yeri qoymur. Çəkilişdən də göründüyü kimi, hadisədə 2-ci bir idmançı görünüşlü şəxs də yer alır. Yəqin hüquq-mühafizə orqanları həmin şəxslərin bir-biri ilə bağlı olub-olmadığını araşdıracaqlar.
"Yeni Müsavat" qəzetinin rəhbərliyi hadisə barədə DİN-ə müraciət edib.
[media=http://www.youtube.com/watch?v=GO6FqgRMP1o]