Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazirə təzyiq edən oliqarxın hoteli sürüşür

25-04-2014, 15:17   
Nazirə təzyiq edən oliqarxın hoteli sürüşür
Oliqarxlardan birinə məxsus olduğu deyilən Ağsu aşırımındakı yeni hotel sürüşmə təhlükəsi yaradıb. Yerli sakinlərin verdiyi məlumata görə, Ağsu yolu üstündə inşa edilən hotelin bu günlərdə istifadəyə veriləcəyi gözlənilir. Sürüşmə təhlükəsinə baxmayaraq, hotel rəhbərliyi külli miqdarda vəsait hesabına tikdirdiyi hoteli köçürmək fikrində deyil. Ağsu aşırımının yaxınlığında inşa edilən bu otelin “Şərədil” otel kompleksinə aid olduğu da xəbərlər sırasındadır. Qeyd edək ki, “Şərədil” ayı, tülkü, tovuzquşu və digər vəhşi heyvanların saxlandığı 5 ulduzlu bahalı və ekzotik məkan kimi məşhurdur. Şəbəkəyə aid olan yeni oteldə də istirahət üşün unikal imkanlar yaradıldığı - geniş hovuzlar, saunalar, tennis kortu, yeraltı qarajlar və s. – yaradıldığı bildirilir. Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov da bu ərazinin sürüşmə təhlükəsi ilə bağlı açıqlama verib və burdakı tikintiləri qanunsuz adlandırıb: ”Şamaxı-Ağsu aşırımınıda təsərrüfat xarakterli restoran və digər obyektlərin fəaliyyətinə son qoyulmalıdır”. Onun sözlərinə görə, bu obyektlərin sahiblərinə fəaliyyətlərini dayandırmaq üçün xəbərdarlıq olunub: ”Onlara bu ərazilərin meşə fondunun nəzdində olduğu üçün müqavilənin vaxtını uzatmaq istəmədiyimizi söyləmişik. Buna görə nazirlik böyük təzyiqlərlə üz-üzə qalır. Yəni, restoran sahibləri bir vasitə taparaq, nazirliyə qarşı təzyiqlər göstərir və bizi çıxılmaz vəziyyətdə qoyurlar. Hətta KİV-lərdən istifadə edirlər. Biz bu halların əleyhinəyik. Çünki bu obyektlərin fəaliyyəti Ağsu aşırımında torpağın erroziyasına və sürüşmə hallarının baş verməsinə səbəb olur. Belə ki, bu obyektlərdə kanalizasiya sistemlərinin və boru xətlərinin olmaması istifadə olunan suyun və digər tullantıların əraziyə axıdılmasına və neqativ halların baş verməsinə səbbə olur”. H.Bağırov vurğulayıb ki, son vaxtlarda ölkəmizdə sürüşmə zonalarının sayı getdikcə artır: “Bunun əsas səbəbi odur ki, geniş ərazidə təsərrüfat fəaliyyəti aparılır, hansısa tikintilər aparılır, yamaclardakı ağaclar kəsilir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar