Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Beyləqanda yaponların payladığı eynəklərin «səsi» apteklərdən gəldi

25-04-2014, 15:28   

Rayon rəhbərliyi vətəndaşlara çatmalı olan həmin vasitələri Bakı və qonşu rayonlardakı əczaxanalarda satdırır

Yaponiyanın ölkəmizdəki səfirliyi Beyləqanda imkansız ailələrə yardım məqsədi ilə kampaniya keçirib. Daha doğrusu, bu kampaniyanın təşkilini yerli İcra Hakimiyyəti ilə birlikdə reallaşdırıb.

Yaponların bu kampaniyası imkanı olmayan vətəndaşların optik eynəklə təmin edilməsini ehtiva edib. Lakin Beyləqan rayon İcra Hakimiyyətinin məsələdən əvvəlcədən xəbəri olduğundan prosesi istədiyi şəkildə idarə edib.

Məlumatda deyilir ki, İcra Hakimiyyətinin göstərişinə əsasən yaponların payladığı optik eynəklər yalnız YAP üzvü olanlara verilməli imiş. Elə tapşırıq ən yüksək səviyyədə yerinə yetirilib. Belə ki, hətta ehtiyacı olmayan YAP üzvləri də kampaniyanın keçirildiyi yerə gətirilib və onlara eynəklər paylanılıb.

Bu addımın məqsədinin nədən ibarət olması isə bir gün sonra məlum olub. JAM.AZ-a verilən məlumata görə, Beyləqan İcra Hakimiyyətinin nümayəndəsi optik eynək almış şəxslərdən onları yığıb. Sonra isə qonşu rayonlar və Bakıdakı apteklərə satış üçün veriblər.

Satışdan əldə olunacaq qazancın konkret olaraq kimə çatacağı isə hələlik məlum deyil. Amma ehtimal olunur ki, optik eynəklərin satışından əldə olunan pullar Beyləqan İcra Hakimiyyəti başçısına çatacaq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar