Azərbaycanı Mozambikə, Türkiyəyə, Ermənistana, Madaqaskara... eyni qaydalar bağlayır
Türkiyənin yeni prezidenti Tayyib Ərdoğan ilk rəsmi səfərini Azərbaycana edəcək və sentyabrın 3-də Bakıya gələcək. Bu, iki ölkə arasında xüsusilə yaxın münasibətlərlə izah edilir. Amma iki ölkə arasında bu xüsusi yaxınlığı sənədləşdirən bir sıra arqumentlər çatışmır. Türkiyə rəsmiləri bu arqumentlərdən birinin viza məsələsi olduğunu bildirirlər. ,,İki dövlət-bir millət,, formulasının Türkiyə və Azərbaycan arasında tətbiq edilməsi çətinləşməkdədir. Bir çoxları isə bu qeyri-səmimi ifadənin artıq lağ və ironiya hədəfi olduğunu önə çəkməkdədirlər.
Neftlə bağlı məsələlər aydındır. Türkiyə yalnız Azərbaycandan deyil, başqa Yaxın Şərq ölkələrindən də neft alır.
Viza məsələsinə gəlincə, Azərbaycan Türkiyə vətəndaşlarından tələb olunan viza rejiminə görə 21 ölkənin arasındadır. Yəni, Türkiyə vətəndaşları dünyanın azərbaycan da daxil olmaqla 21 ölkəsində girişdə viza ala bilirlər. Bu ölkələrin sırasına Azərbaycandan başqa Ermənistan, Tacikistan, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Toqo, Komor İslam respublikası, Madaqaskar, Mozambik, Uqanda, Tanzaniya, Sudan, Oman, Keniya, Cənubi Afrika Respublikası, Şərqi Timor, İndoneziya, Kamboca və Zambiya daxildir.
Xatırldaq ki, Türkiyə Azərbaycan vətəndaşlarından viza istəmir. Türkiyə vətəndaşları isə dünyanın 73 ölkəsinə vizasız gedib-gələ bilirlər ki, bu ölkələrin arasında Azərbaycan yoxdur.