
Rusiya Ukraynada hərbi itkilərini gizlətmək üçün cəsədləri kömür şaxtalarına atırlar.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə kavkazcenter.com saytı bildirib.
Sayt qeyd edir ki, Rusiya ölkə əhalisinin reaksiyasından çəkinərək Ukraynada rus əsgərlərinin “rusca” dəfnlərinə başlayıb. “Öldürülən rus hərbçilərinin cəsədləri kömür şaxtalarına atılır. Çeçenistan Respublikasında isə ruslar cəsədləri vertolyotlarla çətin keçilə bilən dərələrə tuillayırlar”, - xəbər deyilir.
Məlumata görə, sentyabrın 5-də ruslar Luqansk vilayətinin Çervonopartizansk rayonunda yerləşən kömür şaxtalardan birinə Ukrayna ordusu ilə döyüşlərdə məhv edilmiş onlarla “döyüş yoldaşları”nın cəsədini atıb. Cəsədlərin iki ədəd “Kamaz” yük avtomobili ilə gətirildiyi bildirilir.
Ukrayna kəşfiyyatının operativ informasiyasına görə, aprel ayından davam edən antiterror əməliyyatlarında Rusiya ordusunun ümumi itkiləri təxminən 2 min hərbçi olub.