Terror təşkilatına qarşı nifrət böyüyür.
Publika.az xəbər verir ki, İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı bütün İraqda nifrət get-gedə böyüməkdədir. İraqın bir çox bölgəsini ələ keçirən terror təşkilatına qarşı demək olar ki, bütün ölkə silahlanıb. Artıq kişilərdən sonra qadınlar da silahlanıb. Bu qadınlardan bəzisi İraq Kürd Regional Rəhbərliyinin (İKRR) peşmərgəsi olur, bəzisi də mərkəzi Bağdad hökumətinin əsgəri.