Sorğu: Şotlandlar Britaniyadan ayrılmaq istəyir
“YouGov” xidməti və “Sunday Times” qəzetinin apardığı yeni sorğuya əsasən 51 faiz şotlandiyalı ölkələrinin Böyük Britaniyadan ayrılması tərəfdarı olduğunu bildirib.
ANS PRESS-in məlumatına görə, sorğu yenidən belə nəticə versə, şotlandların Böyük Britaniyadan ayrılmaq istəkləri üstünlük təşkil etdiyi üçün 2016-cı ilə Şotlandiya müstəqil dövlət olacaq. Bu barədə “Agence France-Presse” bildirib.
Keçirilən sorğu nəticəsində 51 faiz sakin Şotlandiyanın müstəqil dövlət olmasına səs vermək fikrindədir.
Qeyd edək ki, Şotlandiya (İngiliscə: Scotland) — Böyük Britaniya adasının şimal hissəsində yerləşir və Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazidir. Paytaxtı Edinburqdur. Ən böyük şəhəri isə Qlazqodur.