6 ölkənin iştrak etdiyi “Si-Briz 2014” təlimləri Odessa yaxınlığında keçiriləcək
Bazar ertəsi Ukrayna və ABŞ-nin Qara dənizdə təlimlərinə start verilir.
ANS PRESS-in məlumatına görə, “Si-Briz 2014” beynəlxalq təlimləri 8 sentyabrda Qara dənizin şimal-qərbində başlayacaq.
Böhran baş verən rayonda gəmilərin təhlükəsizlik zonasının yaradılması və təmin edilməsi üzrə şərti əməliyyat ayın 10-a kimi davam edəcək. Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən bildirilir ki, təlimlərdə 2-si Dövlət Gömrük idarəsindən olmaqla, 19 gəmi iştirak edəcək. Bundan əlavə tədbirlərə dəniz aviasiyasına aid təyyarə və vertolyotlar da cəlb olunacaq.
Təlimlərdə ABŞ, İspaniya, Kanada, Rumıniya, Türkiyə aktiv iştrakıçı kimi, Gürcüstan, Norveç, İsveçrə və Fransa müşahidəçi qismində iştrak edəcəklər.
Qeyd edək ki, daha öncə ABŞ-ın Ukrayna ilə təlimləri təxirə salması barədə xəbərlər yayılmışdı.