Somalinin “Əş-Şəbab” terrorçu qruplaşması yeni liderini seçib. APA-nın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, qruplaşmanın yeni rəhbəri Şeyx Əbu Ubayda Əhməd Ömər olub.
Terrorçular “Əş-Şəbab”ın əvvəlki lideri Əhməd Abdi Qodaninin ABŞ pilotsuz təyyarənin zərbəsi nəticəsində öldüyünü təsdiqləyib.
Qeyd edək “Əş-Şəbab” qruplaşmasının liderinin məhv edilməsi üzrə əməliyyat Somalidə sentyabrın 1-də keçirilib.
Əhməd Abdi Qodani 2008-ci ildə “Əl Qaidə” beynəlxalq terror təşkilatı ilə sıx əlaqəsi olan “Əş-Şəbab” qruplaşmasının lideri olub.
Bu təşkilatın üzvləri Somalinin əksər hissəsini nəzarətə alıb. Onlar, həmçinin, qonşu Keniyada mütəmadi terror aktları törədirlər.