Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin deportasiya edilməsi tələbi ətrafında amerikalı həmkarı Barak Obama ilə olan görüşü barədə açıqlama verib.
İnterpress.az xəbər verir ki, Ərdoğan prezident Obamanın məsələ ilə bağlı məlumat və sənədləri istədiyini bildirib.
Həmçinin iki ölkənin müvafiq qurumları sözügedən məsələ ilə bağlı əlaqəli şəkildə işləyəcək.
Prezidentin sözlərinə görə, xarici işlər nazirləri fəaliyyətlərini bu istiqamətdə davam etdirəcək.
Obama ilə aralarında bir müddət öncə yaranan soyuqluğun artıq keçmişdə qaldığını deyən Ərdoğan “Siyasətdə keçmiş keçmişdə qalar” – deyə vurğulayıb.