İstanbulda keçmiş Əli Sami Yen stadioununun yerində inşa olunan tikilidə liftin qırılması səbəbindən baş verən qəzada 10 işçi dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, hadisədən dərhal sonra aralarında işin təhlükəsizliyinə görə məsul olan şəxs də daxil olmaqla ümumilikdə 8 nəfər saxlanılıb.
32-ci mərtəbədən yerə düşən liftdə qalanları çıxarmaq üçün hadisə yerinə çox sayda xilasedici cəlb olunub. 10 nəfərin cəsədi liftdən çıxarılıb.