“Dünən Cənubi Azərbaycanın Urmiya bölgəsinin 10 məscidində terrorçu “İraq Şam İslam Dövləti”nin himni səsləndirilib”. Aznews.az-ın məlumatına görə, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) tədbirində qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı deyib.
Onun sözlərinə görə, bu “İraq Şam İslam Dövləti”nin (İŞİD) deyil, terrorçu kürd təşkilatı olan PEJAK-ın təxribatıdır: “PEJAK bunu məqsədli şəkildə həyata keçirir. Niyyətləri əhalini təşvişə salmaqdır”.
B. Muğanlı bildirib ki, ötən gün dövlət nömrə nişanı olmayan bir avtomobildən şəhərin mərkəzində göyə dəfələrlə atəş açılıb: “Urmiyada vəziyyət çox gərgindir. Quzey Azərbaycan bu məsələləri diqqətdə saxlamalıdır”.