Çin Rusiya sərhədinə 15 minlik qoşun yığır

9-09-2014, 12:15   
Çin Rusiya sərhədinə 15 minlik qoşun yığırÇin sentyabrın 6-dan başlayaraq Rusiya ilə sərhəd ərazilərə hərbi qüvvə yeridib.

Axar.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətində (FTX) olan mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, hərbi birləşmələr Çinin Rusiya ilə sərhəddə yerləşən Mayatun şəhərində cəmlənib.

“Ağır texnika, 12-15 minlik canlı qüvvə və artilleriyadan ibarət hərbi karvan Mayatunda düşərgə salıb. Bizim əməkdaşlar (FTX) məlumatı gizlətməyə çalışsalar da, yerli mətbuat bununla bağlı xəbərlər yayır. Qoşunların sərhədə yığılmasının səbəbi hələlik məlum deyil”, - mənbə bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar