Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu Azərbaycana gələcək. ANS PRESS-in məlumatına görə, Davudoğlunun 62-ci hökumətin rəhbəri kimi ziyarət edəcəyi ölkələrin adları açıqlanıb.
Belə ki,baş nazir sentyarın 16-da Şimali Kipr Türk Cumhuriyyətinə gedəcək. Sentyabrın 19-20-də isə o Bakıda olacaq.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanda bu posta ilk səfərini məhz Azərbaycan və Kiprə edib.
Davudoğlu uzun müddət xarici işlər naziri kimi fəaliyyət göstərib. Lakin bu ilin avqust ayında keçirilən prezident seçkisindən sonra baş nazir Rəcəb Tayyib Ərdoğan səs çoxluğu ilə prezident seçilib.
Onun vəzifələrinin icrası isə Davudoğluna həvalə edilib.