3 gün əvvəl qonşusu İskəndər Mehtiyevi öldürən meyxanaçı Rəşad Dağlı hadisə baş verən əraziyə gətirilib.
Musavat.com xəbər verir ki, həmin ərazidən lentə alınan video "İctimai" kanalın rəsmi instaqram hesabında yayımlanıb.
Xatırladaq ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.