İŞİD ABŞ-a Meksikadan girəcək

11-09-2014, 16:54   
İŞİD ABŞ-a Meksikadan girəcəkABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəsmiləri İŞİD terrorçularının ABŞ-a cənubdan daxil olmağa hazırlaşdığı ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, Senatda məsələ ilə bağlı senatorlara təqdim edilən sənədlərdə terrorçular arasındakı yazışmalar, onların gələcək fəaliyyət planları əks olunub.

Daxili Təhlükəsizlik Nazirliyinin kəşfiyyat və analiz şöbəsinin direktor müavini Fransis Teylor terrorçular arasında Tvitter və Feysbuk yazışmalarının izlənildiyini bildirərək, onların Meksikadan ABŞ-a girməyə cəhd göstərəcəkləri xəbərdarlığını edib.

Nazirlik sözçüsü ABŞ sərhədlərindən İŞİD terrorçularının və ya əlaqəli qrupların asanlıqla keçə biləcəklərini qeyd edib.

İclasda çıxış edən senator Con Makkeyn minlərlə adamın hər gün ABŞ sərhədlərindən asanlıqla keçdiyini xatırladaraq, qurum rəsmisinin fikirlərini təsdiq edib.

Xatırladaq ki, bir müddət öncə analitiklər ABŞ-ın İraqda İŞİD-ə qarşı başladığı hava hücumlarından sonra terrorçuların ABŞ daxilində fəaliyyətə başlayacaqları barədə xəbərdarlıq etmişdi. Hətta 10 gün öncə də Texas ştatının hüquq-mühafizə orqanlarının əməkdaşları bununla bağlı həyəcan dolu məlumat paylaşmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.