Rusiya sentyabrın 21-dən etibarən öz hava məkanında Ermənistan Hava Yollarına aeronaviqasiya xidməti göstərməkdən imtina edəcək.
Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb Ermənistan Hava Yollarının bu xidmətə görə, Rusiyaya 1.1 milyon dollar borcunun yaranmasıdır.
Rusiya aeronaviqasiya xidmətləri provayderindən bildirib ki, xidmət indiki borcların qaytarılması və növbəti illərdə ödənişin vaxtında yerinə yetiriləcəyi ilə bağlı verilən zəmanətdən sonra bərpa olunacaq.