ABŞ İŞİD-i Qafqaza qədər gətirəcək

11-09-2014, 17:18   
ABŞ İŞİD-i Qafqaza qədər gətirəcək“İraq ərazisinin bombalanması yavaş-yavaş Suriyaya da keçəcək”.
Axar.az İarex.rusaytına istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Qriqori Trofimçuk çıxış edib. O, Rusiyanın Suriyanı müdafiə edə bilməyəcəyini deyib:
“İŞİD-in Yaxın Şərqdə yaradılması xüsusi olaraq Şimali Qafqaza qədər olan bütün regionda qeyri-stabillik yaratmaqdan ibarətdir. Ona görə də Ramzan Kadırov öncədən narahat olub. Hazırda Vaşinqton tədricən özünün regiondakı ən vacib hədəflərindən biri olan Suriyaya daxil olur. İndiki zamanda Suriya Rusiya və Çin tərəfindən silahlandırılıb. Onun kimyəvi silahı yoxdur ki, öz düşmənlərinə cavab verə bilsin. Ona görə də İraq ərazisinin bombalanması yavaş-yavaş Suriyaya da keçəcək. Bu məqamda ABŞ-ın ünvanına suallar yönələcək ki, o da formal xarakter daşıyacaq. Rusiya uzun müddətli və sıx şəkildə Ukraynaya bağlanıb. Ona görə də Suriyaya müdaxilə edə bilməyəcək. Bu isə Vaşinqtona başqalarından daha yaxşı aydındır. ABŞ-ın İŞİD-lə müharibəsi nə qədər geniş olsa, bir o qədər də bu terror təşkilatı SSRİ-nin bir vaxtlar təsir etdiyi ərazilərə yayılacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.