Otaq yoldaşını oksigen cihazını söndürərək öldürdü: Səbəbi isə HƏR KƏSİ ŞOKA SALDI

12-01-2023, 16:24   


 

Otaq yoldaşını oksigen cihazını söndürərək öldürdü: Səbəbi isə HƏR KƏSİ ŞOKA SALDI

Almaniyada yaşayan 73 yaşlı Xatun C., koronavirusdan müalicə aldığı Mannheim Diako Xəstəxanasında otaq yoldaşının oksigen cihazının cəryanını çəkərək onu narahat etdiyi üçün ölümünə səbəb olub.

Turkustan.az xəbər verir ki, Almaniyada baş verən hadisədə Xatun C.-nin(adlar şərtidir) oğlu anasının dərmanıarın təsirində olduğunu və otaq yoldaşına zərər vermək niyyətinin olmadığını bildirib.

YUXUSUNA MANE OLDUĞU ÜÇÜN CİHAZI SÖNDÜRDÜ

Səlahiyyətlilər, Xatun C.-nin özü kimi türk olan 79 yaşlı otaq yoldaşı Hilal K.-nin maşından gələn səsin yatmasına mane olduğu səbəbilə oksigen cihazını iki dəfə söndürdüyünü bildirib.

Tibb bacıları Hilal K.-nın oksigen cihazının söndürülməsi səbəbindən vəziyyətinin pisləşdiyini görəndə müdaxilə edib, lakin bütün müdaxilələrə baxmayaraq Hilal K.-nı xilas etmək mümkün olmayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.