Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atlayan və onu zərərsizləşdirən səfirliyin təhlükəsizlik işçisi günün qəhrəmanına çevrilib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, sözügedən şəxs əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğludur.
Onun ailəsi hazırda Abşeron rayonu Masazır qəsəbəsində yaşayır. Qəhrəman mühafizəçi ailəlidir və 3 övladı var.