Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qəbələdə vəhşi heyvanların parçaladığı şəxsin üzərində iş adamına məxsus əşya tapıldı - YENİLƏNİB

30-01-2023, 15:50   



Qəbələ rayonunda vəhşi heyvanlar tərəfindən parçalanan kişi skeletinin itkin düşən adama məxsus olduğu ehtimalını artırıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Nohurqışlaq kəndinin dağlıq ərazisinə düşən hissəsində tapılan meyitin üzərindən 2022-ci ilin noyabr ayında meşədə itkin düşən Səyavuş Həmidova aid sim-kart tapılıb.

Ölənin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 30 noyabr 2022-ci il tarixində Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Həmin şəxs axtarılırdı.

İtkin düşən şəxsin qardaşı Mehdi Həmidov bildirmişdi ki, S.Həmidov gəzmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib.

O, rayonda mağaza sahibi olub.

***

Qəbələ rayonunda yanvarın 29-da tapılan insan skeleti ilə bağlı bəzi detallar bəlli olub. Qeyd edilir ki, skeleti aşkarlanan kişini vəhşi heyvanlar parçalayıb.

Oxu.Az-ın məlumatına görə, qalıqlar Nohurqışlaq kəndinin dağlıq ərazisinə düşən hissəsində aşkarlanıb.

Ölənin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Həmin şəxsin 2022-ci ilin noyabr ayında meşədə itkin düşən Səyavuş Həmidov olduğu ehtimal edilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar