Separatçılar darmadağın etdikləri “Azov” batalyonunun öldürülən döyüşçüsünün birinin dəbilqəsindən atışmaları qeydə alan kiçik kamera aşkarlayıblar.
Axar.az-ın Pravda.ru-ya istinadən verdiyi xəbərə görə, kadrlarda əsasən Ukrayna hərbçilərinin məğlub olduqları və önəmli mövqelərdən geri çəkildikləri anlar yer alıb.
Separatçıların iddiasına əsasən, görüntülərdəki bəzi döyüşçülər əcnəbi vətəndaşlar olublar və ingilis dilində ünsiyyət qurublar.
Donbas terrorçuları hesab edib ki, Ukrayna ordusunun şəxsi heyətində onlara qarşı savaşan muzdlular kifayət qədərdir.[media=https://www.youtube.com/watch?v=5Ay0aJh3tk4]