Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyi tərəfindən “SalamNews” İnformasiya Agentliyi və “İnteraz”da əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 6 nəfər saxlanılıb.
Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.
Əməliyyatla bağlı hələlik hər hansı rəsmi informasiya verilməyib. (APA)