İŞİD terror qruplaşması üzvləri sahvə üzvlərini ələ keçirərək öldürüblər.
ANS PRESS-in məlumatına görə, İŞİD terrorçuları İraqın Kərkük şəhərində sahvə qüvvələrinin sırasını artırmaq üçün təbliğat aparan 3 nəfəri ələ keçirərək güllələyiblər.
Silahlılar əvvəlcə həmin şəxsləri izləməyə başlayıblar. Sonra onların evlərə gedərək öz aralarına qatılmağı təklif etdiklərini öyrənən İŞİd-çilər dərhal onları yaxalayaraq, haqlarında ölüm hökmü veriblər.
Bundan başqa, onlar Suriyanın şimal-şərqindəki sərhəd şəhəri Əbukəmal ilə İraqın qərbindəki Əl-Qaim şəhərinin birləşməsilə qurulan Fərat vilayətində tamamilə nəzarəti təmin ediblər.
Qeyd edək ki, Sahvə qüvvələri İŞİD-lə və digər qəbilələrlə mübarizədə orduya kömək edirlər.