Yeni hökumət parlamentin etimadını qazandı

17-09-2014, 12:03   
Yeni hökumət parlamentin etimadını qazandıSəsvermə zamanı 269 qanunverici hökumətə lehinə, 244 deputat isə əleyhinə səs verib
Fransada baş nazir Manuel Valsın rəhbərliyi altında qurulan yeni hökumət parlamentin etimadını qazanıb. Səsvermə zamanı 269 qanunverici hökumətə lehinə, 244 deputat isə əleyhinə səs verib. Avqust ayında formaşlaşan yeni nazirlər kabinetinin, əslində, parlament qarşısında, ölkə konstitusiyasına əsasən, etimad səsverməsinə çıxarılması məcburi deyildi. Səsvermə Vals üçün rəmzi xarakter daşyırıdı.

“Biz prezidentlə Fransa iqtisadiyyatını dirçəltmək yolunda inamla irəliləmək məqsədilə etimad səsverməsini keçirməyə qərar verdik. Əgər belə etməsəydik, fəaliyyətimizin etibarlılığı bir neçə gün və ya həftə ərazində müzakirə mövzusuna çevriləcəkdi.” - deyə Vals qeyd edib.

Fransanın müxalifət rəhbəri Xalq Hərəkatı Birliyi partiyasının Kristian Jakob parlamentdə keçirilən səsverməni, əslində, Valsın məğlubiyyəti kimi şərh edib. Jakobun sözlərinə görə, 30 millət vəkilinin səsverməyə qatılmaması Valsın əvvəlki səsvermələrlə müqayisədə öz etibarını itirdiyini göstərir. “Bu o, deməkdir ki, hazırkı hökumət, əksəriyyət etibarlı ilə deyil, sadəcə, say çoxluğu ilə etimad qazanıb. Valsın baş nazir vəzifəsində sayı günləri dedikdə bunu nəzərdə tuturdum” – deyə müxalifə lideri qeyd edib.

Fransada hakim Sosialist Partiya daxlindəki ziddiyətlər və ölkədə işsizliyin 10 faizə çatması 5 ayda hökumətin iki dəfə dəyişilməsinə səbəb olub. Bu isə, eyni zamanda, prezident Fransua Olandın da imicinə ciddi ziyan vurub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.