Referendumda "Xeyr" seçiminin tərəfdarları burada şam yandırıblar
Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasının əleyhdarları Şotlandiya-İngiltərə sərhədində yerləşən Qretna Qrin kəndinə toplaşıblar.
Burada referendum zamanı "Xeyr" cavabının verilməsini təbliğ edən kampaniya çərçivəsində yüzlərlə insan şam yandırıb.
Şam yandırma aksiyası insanların Birləşmiş Krallığa olan sevgisinin simvolu sayılan Birlik Daşının ətrafında keçirilib.
Kampaniya təşkilatçıları sabah keçiriləcək referendumda hər kəsi Şotlandiyanın Birləşmiş Krallıqdakı yerini dəstəkləməyə çağırıb.
Sabah 4,2 milyondan çox şotlandiyalı 1707-ci ildən bəri davam edən Böyük Britaniya ilə siyasi birliyin aqibətini müəyyənləşdirəcək.