
Sosial şəbəkədə yayılan növbəti videoda sürücü-polis münasibətləri bir daha gündəmə gətirilib. “Sancaq-prodakşn”ın Feysbuk səhifəsindən tirajlanan və medianın diqqətini çəkən videoda yol polisi tərəfindən qandallanmış sürücünün polis idarəsində YPX əməkdaşları ilə mübahisəsi əksini tapıb. Vətəndaş polisə bu həbsin ona baha başa gələcəyini and-amanla izah etməyə çalışması polisin “A kos-kosa gəlsənə”, - deyə zarafatı ilə qarşılanır. Sürücü isə bundan əsəbiləşir və nəticədə polisin təzyiqləri ilə üzləşir. Cəlilabad Rayon Polis Şöbəsində çəkildiyi ehtimal edilən videoda sürücünün sərxoş olduğu və məhz buna görə də qandallandığı hiss olunur.
[media=http://www.youtube.com/watch?v=qL_IRPf3xJc]