Rus ordusu cəbhə xəttini yardı - Bölgədə son durum

22-02-2023, 14:49   


 

Rus ordusu cəbhə xəttini yardı - Bölgədə son durum

Kremennaya yaxınlığında ruslar Ukrayna əsgərlərin müdafiə mövqelərini yarmağa çalışsa da, hücum uğursuzluqla nəticələnib.

Bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

O bildirib ki, Kremennaya yaxınlığında düşmən mövqelərimizi yarmağa cəhd edib:

"Piyadalar və tanklardan ibarət qrup irəliləyib. Döyüş çox çətin keçdi - bizimkilər bir neçə rus tankını məhv etdilər. Onların hücumu dayandırıldı və vəziyyət stabilləşdi”.

Ötən gün Svatovski istiqamətində işğalçılar ölü və yaralıları ərazidən götürüblər. Orada, bir gün əvvəl onların cəbhəni yarmaq cəhdləri zamanı xeyli itki vermişdilər.

Qeyd edək ki, Ukrayna Baş Qərargahın məlumatına görə, ruslar beş istiqamətdə hücumu davam etdirir. Bunlar Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətləridir.

Bu gün isə işğal edilən Mariupolda 12 partlayış baş verib. Artıq hava limanındakı sursat anbarının və şəhərin Kalmiusski rayonundakı rus bazasının vurulduğu dəqiqləşib.   /teleqraf.com/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.