“Əgər Ukraynaya qarşı müharibədə uduzsaq, o zaman Rusiya parçalanacaq və yox olacaq”.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Qələbə qazanmadan xüsusi hərbi əməliyyatı dayandırsa, Rusiya mövcud olmayacaq, onu parça-parça edəcəklər”, – Medvedyev bildirib.
Medvedyev ABŞ prezidenti Co Baydenin Rusiya xüsusi əməliyyatı dayandıracağı təqdirdə münaqişənin dərhal sona çatacağına dair bəyanatını da tənqid edib: “Bu, cəfəngiyyatdır. Həqiqət tamam başqadır. Əgər ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, Ukraynadakı müharibə başa çatacaq”.
Medvedyev Baydenin ABŞ-ın Rusiyaya hücum etmək niyyətində olmadığı barədə ruslara müraciətində dürüst olmadığını da qeyd edib.(Azpost.info)