“Putinin səhhəti pisləşir, bu günlərdə ondakı ağır xəstəliklə bağlı residiv baş verib”.
“AzPolitika.info” xəbər verir ki, “Express” nəşri özünün hakimiyyətdəki özəl mənbələrinə istinadla belə bir xəbər yayıb.
Xəbərdə deyilir ki, ABŞ Prezidenti Co Baydenin Kiyevə səfəri davam edən zaman Putin Moskvada tibbi müayinədən keçirilib.
Rusiyanın “General SVR” telegram kanalı da Putinin ağır xəstəlikdən əziyyət çəkdiyini və hazırda həmin xəstəliyin kəskinləşdiyini iddia edib. Xəbərdə bildirilir ki, Putin mart ayının əvvəlində müalicəyə cəlb olunmalıdır ki, bu da onun müharibə şəraitində ölkəni idarə etmək qabiliyyətinə ciddi təsir göstərəcək. İddia olunur ki, bundan öncə təyin olunmuş müalicə gözlənilən effekti verməyib və martın 5-dən başlayaraq, yeni müalicə başlanmalıdır.
Bununla yanaşı, bir çox ekspertlər bu cür məlumatların bilərəkdən mətbuata ötürülmüş “feyk” olduğunu iddia edirlər və qeyd edirlər ki, bunlar Rusiya FTX-sinin əməlləridir.
“AzPolitika.info”